Evakuator · Yük daşıma

Evakuator və yük maşını — bir neçə toxunuşla

Haradan və haraya getdiyini xəritədə göstərin, qiyməti təsdiqdən əvvəl görün, sürücünü yolda canlı izləyin.

  • Təsdiqdən sonra qiymət dəyişmir
  • Sürücü qəbul edənə qədər ləğv pulsuzdur
  • Sürücü xəritədə canlı görünür
Sürücü yoldadırcanlı
SürücüEvakuator · kiçik90-EV-001
  1. Sürücü təyin edildi
  2. Yola düşdü
  3. Gəldi
  4. Avtomobil götürüldü
  5. Tamamlandı

Necə işləyir

Dörd addımda sifariş

Zəng etmək, ünvanı izah etmək və qiyməti telefonda razılaşdırmaq lazım deyil.

  1. Xidməti seçin

    Evakuator üçün avtomobilinizin ban növü kifayətdir. Yük daşımada maşının ölçüsünü və fəhlə lazım olub-olmadığını seçirsiniz.

  2. Ünvanları göstərin

    Haradan götürüləcəyini və haraya aparılacağını xəritədə və ya axtarışla qeyd edin. Saxladığınız ünvanlar bir toxunuşla seçilir.

  3. Qiyməti görüb təsdiqləyin

    Məbləğ tərkibi ilə birlikdə görünür. Təsdiq sürüşdürmə ilədir — təsadüfi toxunuş sifariş göndərmir.

  4. Sürücünü izləyin

    Sürücünün adı, maşınının nömrəsi və yolda olduğu yer tətbiqdə görünür; status hər addımda yenilənir.

Xidmətlər və qiymətlər

Nə qədər tutacağını sifarişdən əvvəl bilirsiniz

Qiymət baza haqqından, məsafədən və yol müddətindən yığılır. Tətbiq yekun məbləği tərkibi ilə göstərir və təsdiq etdiyiniz rəqəm sonradan dəyişmir.

Evakuator

Avtomobilinizin ban növünü seçirsiniz — lazım olan evakuator ölçüsünü sistem özü müəyyən edir və axtarışa ən ucuz uyğun ölçüdən başlayır. Qəzalı, öz təkərlərində hərəkət edə bilməyən avtomobil üçün sabit əlavə haqq var.

Yük daşıma

Yük maşınının ölçüsünü və fəhlə lazım olub-olmadığını özünüz seçirsiniz. Fəhlə haqqı sabitdir və tələbat əmsalına düşmür.

Göstərilən minimum haqqdır. Yekun məbləğ məsafədən, yol müddətindən və tələbatdan asılıdır.

Müştərilər üçün

Yolda qalanda sürpriz lazım deyil

Evako-da sifarişin hər addımı görünür: kim gəlir, haradadır və nə qədər tutacaq.

  • Qiymət təsdiqdən əvvəl

    Məbləğ tərkibi ilə görünür və təsdiq etdiyiniz rəqəm yolda artmır.

  • Pulsuz ləğv

    Sürücü qəbul edənə qədər ləğv həmişə pulsuzdur. Sürücünün günahı ilə ləğvdə də pul tutulmur.

  • Canlı xəritə

    Sürücünün harada olduğunu görürsünüz. Onun mövqeyi yalnız sifarişin müştərisinə göstərilir.

  • Hər addım görünür

    Sürücü təyin edildi, yola düşdü, gəldi, avtomobili götürdü, sifariş tamamlandı — status ekranda dərhal yenilənir.

  • İstəmədiyiniz sürücü gəlmir

    Ləğvdən sonra sürücünü bloklaya bilərsiniz — o, bir daha sizin sifarişinizə təyin olunmur.

  • Nağd ödəniş

    Hazırda ödəniş nağddır: tətbiqdə gördüyünüz məbləği sürücüyə ödəyirsiniz.

Evakuator və yükdaşıma şirkətləri üçün

Parkınızı Evako-ya qoşun

Sifarişlər sürücülərinizə yaxınlıqdakı müştərilərdən gəlir. Park, sürücülər və gəlir bir paneldə.

  • Canlı xəritəÖz maşınlarınız və onların hazırkı sifarişləri xəritədə.
  • SürücülərSürücülər dəvət kodu və ya QR ilə qoşulur, maşınlar onlara paneldən təyin olunur.
  • SifarişlərParkınızın icra etdiyi bütün sifarişlər, statusları və detalları.
  • MaliyyəDövr üzrə dövriyyə, komissiya və şirkətə düşən məbləğ, balans hərəkətləri, CSV.

Necə başlamalı

  1. Formanı göndərin — parkınız barədə qısa məlumat kifayətdir.
  2. Şirkət hesabını və menecer girişini biz yaradırıq.
  3. Sürücüləriniz dəvət kodu ilə qoşulur, maşınları paneldə təyin edirsiniz.
  4. Balansı artırırsınız — platformanın komissiyası sifarişlərdən balansdan tutulur, sürücülər onlayn olub sifariş qəbul edir.

Şirkət kimi müraciət

Məlumatlara baxıb sizinlə əlaqə saxlayacağıq.

Sürücülər üçün

Evakuator və ya yük maşınınızla sifariş qəbul edin

Şirkətdə işləyirsiniz

Şirkətiniz sizi dəvət kodu ilə parka qoşur və maşın təyin edir. Tətbiqə daxil olub işə başlayırsınız.

Sərbəst sürücüsünüz

Tətbiqdə «Evako-da sürücü kimi işləmək» ərizəsini doldurun: sürücülük vəsiqəsinin nömrəsi, maşın məlumatı və üç şəkil. Ərizə yoxlanandan sonra sifariş qəbul edə bilərsiniz.

  • Sifarişləri özünüz seçirsiniz: yalnız yaxınlığınızdakı və maşınınıza uyğun sifarişlər görünür.
  • Sürücü üçün ləğv pulsuzdur, amma reytinqə təsir edir; son 24 saatda ilk ləğv nəzərə alınmır.
  • Gəlib gözlədiyiniz halda müştəri çıxmayıbsa, «müştəri gəlmədi» ilə ləğv reytinqinizi aşağı salmır.
  • Onlayn olmaq üçün balansda minimum məbləğ olmalıdır: şirkət sürücüsü üçün şirkətin, sərbəst sürücü üçün öz balansı.

Sualınız var?

Nömrənizi qoyun — qoşulma barədə məlumat verək.

Sual-cavab

Tez-tez verilən suallar

Qiymət, ləğv, ödəniş və məxfilik barədə qısa cavablar.

Qiymət necə hesablanır?

Qiymət baza haqqından, məsafədən və yol müddətindən yığılır. Tələbat çox olanda əmsal tətbiq oluna bilər, amma qiymət heç vaxt minimum haqqdan aşağı düşmür. Yük daşımada fəhlə seçsəniz, fəhlə haqqı ayrıca əlavə olunur və əmsala düşmür. Tətbiq məbləği tərkibi ilə birlikdə sifarişdən əvvəl göstərir.

Təsdiq edəndən sonra qiymət dəyişə bilərmi?

Xeyr. Gördüyünüz qiymət bir neçə dəqiqə etibarlıdır və təsdiq anında yenidən hesablanmır. Müddət bitibsə tətbiq yeni qiyməti göstərir və siz təsdiq etmədən sifariş göndərilmir.

Hansı evakuator gələcək?

Avtomobilinizin ban növünə görə lazım olan evakuator ölçüsünü sistem özü seçir və axtarışa ən ucuz uyğun ölçüdən başlayır. Yaxınlıqda yalnız daha böyük evakuator varsa, yeni məbləği göstərib razılığınızı soruşuruq — razılaşmasanız, axtarış davam edir.

Sürücü tapılmasa nə olur?

Axtarış müəyyən müddət davam edir. Bu müddətdə uyğun sürücü tapılmasa, sifariş ödənişsiz ləğv olunur və sizə bildiriş gəlir.

Sifarişi ləğv etsəm pul tutulurmu?

Sürücü sifarişi qəbul etməyibsə ləğv həmişə pulsuzdur. Qəbuldan sonra da qısa güzəşt müddəti var. Sürücü gecikibsə, gəlməyibsə, yanlış evakuatorla gəlibsə və ya kobud davranıbsa, ləğv pulsuzdur. Güzəşt müddətindən sonra başqa səbəbdən ləğv etsəniz, ləğv haqqı tutulur və növbəti sifarişinizin qiymətinə əlavə olunur.

Ödəniş necə aparılır?

Hazırda ödəniş nağddır — məbləği tətbiqdə gördüyünüz kimi sürücüyə ödəyirsiniz.

Yük daşımada nəyi seçə bilərəm?

Yük maşınının ölçüsünü — kiçik, orta və ya böyük — və fəhlə lazım olub-olmadığını seçirsiniz. Qiymət maşının ölçüsünə, məsafəyə və fəhlə seçiminə görə hesablanır.

Sürücünün və mənim mövqeyimi kim görür?

Sürücünün xəritədəki hərəkəti yalnız onun hazırkı sifarişinin müştərisinə göstərilir. Sizin adınız və nömrəniz yalnız sifarişinizi icra edən sürücüyə görünür — evakuator şirkətinə göstərilmir.

Bir sürücünün bir daha gəlməsini istəmirəm. Nə edim?

Sifarişi ləğv etdikdən sonra həmin sürücünü bloklaya bilərsiniz — o, bir daha sizin sifarişinizə təyin olunmur.

Hesabımı necə silə bilərəm?

Tətbiqdə Profil → «Hesabı sil». Hesab müraciətdən 30 gün sonra silinir, bu müddətdə fikrinizi dəyişib müraciəti geri götürə bilərsiniz. Ətraflı: «Hesabın silinməsi» səhifəsi. Səhifəyə keçin

Əlaqə

Bizə yazın

Təklif, şikayət və ya sualınızı göndərin — baxıb göstərdiyiniz nömrə ilə əlaqə saxlayacağıq.